[b]Qəbələdə mövsümün ilk oyununun vaxtı açıqlandı[/b]
14.09.2016 - 15:45
[b]Qəbələdə mövsümün ilk oyununun vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasında V turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tura Sumqayıtda start veriləcək.

 

Tur Qəbələdə mövsümün açılışı ilə əlamətdar olacaq. “Qəbələ” doğma meydanda ilk matçında AZAL-ı sınağa çəkəcək.

 

Topaz Premyer Liqası

V tur
 

18 sentyabr (bazar)

18:00. “Sumqayıt” – “Kəpəz”
Sumqayıt şəhər stadionu


20:00. “İnter” – “Neftçi”
“İnter Arena”

19 sentyabr (bazar ertəsi)

18:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə”
“Əlincə Arena”