[b]Qətər dünya çempionatından məhrum edilə bilər[/b]
02.06.2014 - 20:40
[b]Qətər dünya çempionatından məhrum edilə bilər[/b]

 

Futbol üzrə 2020-ci il dünya çempionatının keçirilməsi hüququ Qətərdən alına bilər. Apasport.az saytının məlumatına görə, hazırda dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi ilə bağlı olan korrupsiya sxeminin araşdırılması gedir.

 

Qeyd edək ki, “The Sunday Times” qəzetinin apardığı araşdırma zamanı Asiya Futbol Konfederasiyasının keçmiş prezidenti, qətərli Məhəmməd bin Həmmadın FİFA-nın dünya çempionatının keçirilməsi hüququnun bu ölkəyə verməsi üçün 5 milyon dollar rüşvət verdiyi üzə çıxıb. Araşdırma iyunun 1-də dərc edilib.

 

İngiltərə Futbol Assosiasiyasının prezidenti Qreq Dayk bunun çox ciddi ittiham olduğunu vurğulayıb: “Bu iddialar FİFA tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əgər fakt təsdiqini tapsa, günahkarlar cəzalandırılmalı, dünya çempionatının keçirilməsi ilə bağlı yeni seçkilər keçirilməlidir”.

 

FİFA-nın vitse-prezidenti Cim Boys bundan əvvəl bəyan edib ki, fakt təsdiqini tapsa, yeni səsvermə keçirilməsini dəstəkləyəcək.

 

 

0