[b]Qol vurmayıb, “Atletiko”dan narazıdı[/b]
02.11.2017 - 16:35
[b]Qol vurmayıb, “Atletiko”dan narazıdı[/b]

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Atletiko” Fernando Torreslə yolları ayırmağa yaxındı. Apasport.az saytı “Cadena Ser” nəşrinə istinadən xəbər verir ki, təcrübəli forvard Madrid klubunda qalmaq istəmir.

 

Buna səbəb kimi Torresin “Atletiko”da az oyun praktikasına malik olması göstərilir. İspaniya yığmasının sabiq üzvünün daha çox oynaya biləcəyi komandaya keçmək istədiyi bildirilir.

 

Torres karyerasını ABŞ və ya Çində davam etdirmək niyyətindədi.

 

Qeyd edək ki, “Qarabağ”la Madriddəki görüşün 69-cu dəqiqəsində meydana daxil olan hücumçu cari mövsümdə 10 oyunda qol hesabını açmayıb.

0