[b]Qomez “yuva”ya döndü[/b]
28.12.2017 - 22:01
[b]Qomez “yuva”ya döndü[/b]

Mario Qomez “Volfsburq”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin hücumçusu peşəkar futbola başladığı “Ştutqart”a qayıdıb.

 

Bu barədə Bundesliqa təmsilçisi rəsmi açıqlama yayımlayıb. Bildirilib ki, Qomez köhnə-yeni komandasında 2020-ci ilin yayına kimi çıxış edəcək.

 

Onun keçidi üçün sonuncu klubu “Volfsburq”a 3 milyon avro ödənilib.

 

Peşəkar karyerasına “Ştutqartda” başlamış Mario Qomez bu klubun aşağı yaş qruplarından sonra əsas komandası ilə məşhurlaşmış, ardınca sıra ilə “Bavariya”, “Fiorentina”, “Beşiktaş” və “Volfsburq”un formasını geyinib.

 

Qeyd edək ki, Mario Almaniya milli komandası ilə 71 oyunda meydana çıxıb və 31 qol vurub.