Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko” oyunöncəsi son məşqinə çıxıb. Apasport.az saytı xəbər verir ki, Dieqo Simeonenin yetirmələri matçın baş tutacağı Bakı Olimpiya Stadionunda bir araya gəliblər.
“Atletiko”nun hazırlıq prosesinə Antuan Qrizmann qatılmayıb. Fransalı futbolçu başı ağrıdığı üçün oteldə qalası olub.
Bundan əlavə, madridlilərin digər aparıcı üzvü Koke də kollektivlə məşqdə iştirak etməyib. İstedadlı yarımmüdafiəçi fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da start götürəcək.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu