[b]Qurban Qurbanov: “Xəzər Lənkəran” öz oyununu tapıb[/b]
08.03.2015 - 19:31
[b]Qurban Qurbanov: “Xəzər Lənkəran” öz oyununu tapıb[/b]

“Düşünürəm ki, çempionatda ən vacib 3 xalı qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXV turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Xəzər Lənkəran” çox istəklidi və sərbəst oynayır. Bütün bunlara baxmayaraq, 3 xal əldə etdik. “Xəzər Lənkəran” isə böyük perspektiv vəd edir. Məncə, bütün komandalar üçün “Xəzər Lənkəran”la oyun çətin keçəcək. Çünki “Xəzər Lənkəran” öz oyununu tapıb”. (pfl)