"Yaxşı komandaya qarşı oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc mütəxəssis Topaz Premyer Liqasında XXII turu çərçivəsində Tofiq Bəhrəmov adına Respublika stadionu “Simurq”u 1:0 hesabı ilə məğlub etmələrindən danışıb: “Qış fasiləsindən sonra "Simurq" çox yaxşı təsir bağışlayır. Bu komandaya qarşı oynamaq çox çətindi. Bu gün dediklərimin canlı şahidi olduq. Çox çalışdıq. Qalib gəldiyimiz üçün şadam. Azərkeşləri təbrik edirəm".
“Simurq”un baş məşqçisi Georgi Çixradze isə bunları deyib: "Birinci hissədə bir qədər zəif təsir bağışladıq. İkinci hissədə komandam daha yaxşı oynadı. Futbolçularım daha istəkli idi, bir neçə qol epizodumuz oldu. Amma çox təəsüf qol vura bilmədik". (pfl)