[b]Qurban Qurbanov: Fərhad Vəliyevin çıxışındam razı qaldım[/b]
13.09.2014 - 22:27
[b]Qurban Qurbanov: Fərhad Vəliyevin çıxışındam razı qaldım[/b]

“Oyuna yaxşı hazırlaşmışdıq. Vacib qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçis Qurban Qurbanov deyib.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasında V turun oyunda səfərdə AZAL üzərində qazanılan darmadağından (0:3) danışıb.

 

Qurbanov bildirib ki, qapıçı Fərhad Vəliyevin çıxışından razıdır: “Rəqib bu gün 3 qol buraxsa da, sona qədər mübarizə apardı. Düşünürəm ki, bütün komandalar AZAL-a qarşı oyunda çətinlik çəkəcəklər. Danilo Dias bu gün heyətə daxil edilməmişdi. Həmin mövqe üçün həm Cavid, həm də Dias var. Limitə görə, belə addım atdıq. Çempionat digər oyunlarında bu dəyişiklikləri görəcəksiniz. Qapıçı Fərhad Vəliyevin çıxışındam da razı qaldım”. 

 

Mənbə: pfl.az