[b]Qurban Qurbanov: Məni belə görməyə alışmamısınız?[/b]
02.05.2015 - 21:05
[b]Qurban Qurbanov: Məni belə görməyə alışmamısınız?[/b]

“Maraqlı oyun oldu. Qalib gəlmək istəyirdik. Lakin yaxşı komandaya qarşı oynayıb, bir xal qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” – “Qarabağ” qarşılaşmasından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.

 

Son vaxtların ən ideal komandasına qarşı oynadıqlarını qeyd edən Qurbanov bəzi məqamlarda səhv etdiklərini də sözlərinə əlavə edib: “Son dəqiqələrdə qol buraxdıq. Futbolun gözəlliyi də budur. Hakimlərin gərgin oyunda buraxdığı bir-iki səhv bir qədər müzakirə olundu. Məni belə görməyə alışmamısınız? Bir qədər də belə görmək sizin üçün maraqlı olar. Düşünürəm ki, bu oyunu unudub, qarşıdakı ağır oyunlara hazırlaşmalıyıq”.

 

Meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk isə gözəl oyun nümayiş etdirən futbolçuları ilə fəxr etdiyini deyib: “Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq”.

 

Hakimlik haqqında da danışan ukraynalı mütəxəssis onlardan narazı qalmadığını bildirib: “Mən bu gün hakimlikdən narazı qalmadım. Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər”.