[b]Qurban Qurbanov: Tam olaraq nəticə üçün oynadıq[/b]
21.04.2015 - 19:44
[b]Qurban Qurbanov: Tam olaraq nəticə üçün oynadıq[/b]

“Futbolçularda psixoloji və fiziki yorğunluq vardı, ona görə də tam olaraq nəticə üçün oynadıq”. Apasport. az saytının məlumatına görə, bu fikirləri Azərbaycan kubokunun finalına vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Simurq”la oyundan sonra səsləndirib.   

 

Təcrübəli mütəxəssis ağır səfər qarşılaşmasına çıxdıqlarını açıqlayıb: “Futbolçularım xarakter göstərdi. Onlar sonrakı matçlarda da bu əzmlə çıxış etməlidi. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə “sağ ol” deməliyəm.  “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, “Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində Ağdam təmsilçisi “Simurq”la Zaqatalada qolsuz bərabərliyə qalıb. İlk matçdakı minimal qələbə “Qarabağı” finala daşıyıb. 

 

 

Mənbə: PFL