“Baxmayaraq ki, uzun bir səfərdən qayıtmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIV turunda Zaqatalada qazanılan 2:3 hesablı qələbəyə şərh verib: “Hardasa yorğunluq var. Futbolçularımın hər birinə təşəkkür edirəm. Onlar mübarizə apardılar. Gərgin və maraqlı qarşılaşma oldu. “Simurq” haqqında xoş sözlər deyə bilərəm. Onlar çox yaxşı oyun göstərdilər və yaxşı komandadı. Məncə bu mövsümün sonunda onlar liderlik qrupunda yer alacaqlar. Avrokuboklarda istirak edәcәklәr. Biz istәdiyimiz nәticәni qazandıq vә komandanın oyunundan da razıyam”.
Qurbanov komandanın heyətindəki zədəli futbolçulardan da danışıb: “Zədəli futbolçuların “İnter”lə oyuna çıxması hələ ki bəlli deyil. Çətin ki, onlar matça qədər sağalsınlar. Reynaldonun da durumu bәlli deyil vә sual altındadı. Danilo Dias isə ola bilsin ki, çempionatın son turlarında bizə kömək etsin. Yüz faiz fikirmdə qalıram. Çempionluq əsas hədəfimizdi. Hәlә bir Bakıya qayıdaq. Səfərimiz bitməyib. Qarşıda kubok və “Neftçi” ilə çempionat oyunumuz var. Boş vaxtımız olsun hazırlaşmağa başlayacağıq. Vüqara tapşırıq vermək lazım deyil. Onun birinci fikiri uzaqdan zərbə vurmaqdı. Bu gün 3 zərbə vurudu və 1-i qapıya getdi”.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA