[b]Qurban Qurbanov böyükhesablı qələbədən danışdı[/b]
02.11.2014 - 21:54
"Bizim üçün hər bir qələbə vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının XI turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Araz Naxçıvan” üzərində qazanılan böyükhesablı (4:0) qələbədən danışıb: “Rəqib hesabda geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq”.(pfl)
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
0
0