[b]Qurban Qurbanovdan rekord[/b]
01.05.2016 - 21:23
[b]Qurban Qurbanovdan rekord[/b]

Topaz Premyer Liqasının XXXII turunda “Qarabağ” “Zirə”yə qalib gəlməklə sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Apasport.az saytının məlumatına görə, ağdamlıların çalışdırıcısı Qurban Qurbanov Azərbaycan çempionatları tarixində komandası qalib olmuş 10-cu baş məşqçi kimi növbəti dəfə bu uğurunu təkrarlayıb.

 

Gənc mütəxəssis ardıcıl 3 dəfə çempionluğa imza atmaqla isə bir ilki gerçəkləşdirib. Daha əvvəl Ağasəlim Mircavadov (5 dəfə), Kazbek Tuayev (4 dəfə), Mehman Allahverdiyev və Böyükağa Hacıyev (hərəsi 3 dəfə) bu uğura sevinmiş olsalar da, bunu ardıcıl edən ilk məşqçi Qurbanovdur.

 

Milli komandamızın keçmiş hücumçusu bu uğuruna sadəcə bir komanda ilə - “Qarabağ”la nail olub.

 

 

Azərbaycan çempionu olmuş bütün baş məşqçilər

 

1992. Əhməd Ələsgərov

1993. Ağasəlim Mircavadov

1993/94. Kazbek Tuayev

1994/95. Mehman Allahverdiyev

1995/96. Kazbek Tuayev

1996/97. Kazbek Tuayev

1997/98. Mehman Allahverdiyev

1998/99. Mehman Allahverdiyev

1999/2000. Ağasəlim Mircavadov

2000/01. Ağasəlim Mircavadov

2001/02. yarımçıq qalıb

2003/04. Kazbek Tuayev

2004/05. Ağasəlim Mircavadov

2005/06. Böyükağa Hacıyev

2006/07. Ağasəlim Mircavadov

2007/08. Valentin Xodukin

2008/09. Qyoko Hacievski

2009/10. Kaxaber Sxadadze

2010/11. Arif Əsədov

2011/12. Böyükağa Hacıyev

2012/13. Böyükağa Hacıyev

2013/14. Qurban Qurbanov

2014/15. Qurban Qurbanov

2015/16. Qurban Qurbanov