Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis məşqçi kimi 70-ci avrokubok görüşünə çıxacaq.
“Qarabağ”ın baş məşqçisi Tiraspolda Moldova “Şerif”inə qarşı keçiriləcək görüşədək 69 dəfə qitə miqyaslı turnirlərdə yetirmələrinə rəhbərlik edib. Bu görüşlərdən 2-si “Neftçi”, 67-si “Qarabağ”ın “sükanı arxası”nda gerçəkləşib.
2007/08 mövsümündə “ağ-qaralar”ın çalışdırıcısı kimi Avstriya “Rid”i ilə səfər sınağı Qurbanovun Avropada baş məşqçi kimi debütü olub. UEFA kubokunun 10 il əvvəlki matçında 1:3 hesablı yenilgiyə üzülən mütəxəssis sonradan 30 qələbə sevinci yaşayıb.
20 dəfə bərabərlik görən Qurbanovun komandaları 19 dəfə məğlub olub. Çalışdırıcının yetirmələri rəqib qapılarına 80 qol vurubsa, 64-nü buraxıb.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu sabah Tiraspolun “Şerif” stadionunda keçiriləcək.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır