Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ”nin qapısına yol tapan Ruslan Qurbanov mövsümdə 5-ci qolunu vurub.
Bununla da milliləşən legioner yarışın vahid bombardiri olub. Bu matçadək onunla eyni sayda fərqlənən Aleksey Qay “Qəbələ”nin 4 qoluna imza atıb.
Lakin komandası mübarizəni dayandıran ukraynalı artıq qol hesabını artırmaq imkanına malik deyil. Bu üzdən Qurbanova yalnız 3 qol vuranlar çata bilər.
Hərəyə 3 qolla 3-cü yerə şərik olan 4 oyunçudan da ikisi artıq mübarizəni dayandırıb. “Neftçi” ilə matçda qol hesabını 3-ə çatdıran Ermin Zets və “Zirə”li Nelson Bonilla üçün kubok mövsümü başa çatıb
Finalda “Neftçi” ilə görüşəcək “Qarabağ”ın iki üzvü isə Qurbanova çatmağa nəzəri şanslara malikdi. Bunun üçün Samuel Armenterosla Migel Madera mövsümün son matçında dubl etməlidi.