[b]Rahid Əmirquliyev: ...ümidimiz daha da artdı[/b]
11.10.2014 - 01:41
[b]Rahid Əmirquliyev: ...ümidimiz daha da artdı[/b]

Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra fikirlərini açıqlayıb. Yarımmüdafiəçi apasport.az saytının Palermoya ezam olunan əməkdaşı ilə söhbətində bildirib ki, görüşdən öncə heç-heçəyə ümid edirmiş: “Hesab 1:1 olandan sonra bu ümidimiz daha da artdı. Amma hava toplarında buraxdığımız qollar məğlubiyyətimizlə nəticələndi. Corco Kellininin “ikinci mərtəbə”də yaxsı oynadığını bilirdik. Bu səhvlərdən nəticə çıxaracağıq”.

 

Xatırladaq ki, İtaliya millimiz üzərində 2:1 hesablı qələbə qazanıb.

0