“Komandamız çox yaxşı mübarizə apardı. Bunun da nəticəsində qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu millimizin müdafiəçisi Rahil Məmmədov deyib.
Gənc futbolçu Qırğızıstanla keçirilən yoldaşlıq görüşündən sonra qələbəni şərh edib. O, 3:0 hesablı qələbəyə baxmayaraq, rəqibin zəif olmadığını söyləyib: “Rəqib pis deyildi, öndə pressinq edirdi. Bəzi anlarda bizə çətinlik yarada bildilər. Buna baxmayaraq, yaxşı oyunla qələbə qazandıq”.
“Səbail”in müdafiəçisi “Qarabağ”a keçəcəyi ilə bağlı söz-söhbətə də reaksiya göstərib. Məmmədov bu məsələyə yığmanın toplanışından sonra aydınlıq gələcəyini vurğulayıb: “Hələ dəqiq məlumat yoxdu. Yəqin ki, bu məsələyə millinin toplanışından sonra aydınlıq gələr. Mən də eşitmişəm, amma konkret təklif almamışam”.