[b]Rail Məlikovun yubileyi qeyd olundu[/b] - [b]FOTO[/b]
24.04.2016 - 16:16
[b]Rail Məlikovun yubileyi qeyd olundu[/b] - [b]FOTO[/b]

AZAL-ın futbolçusu Rail Məlikov Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in kapitanı yubileyini Topaz Premyer Liqasının XXXI turunda qeyd edib.

 

“Rəvan”la hazırda davam edən matçda meydana start heyətində çıxan kapitanın hesabında artıq 250 qarşılaşma var.

 

Karyerasına Ramil Mirzəyev kimi başlayan arxa xətt oyunçusu bu rəqəmə “Bakılı”, “Bakı”, “Neftçi”, “Qəbələ” və AZAL-da forma geyinməklə çatıb.

 

Bugünkü matçı nəzərə almasaq, müdafiəçinin hesabında 249 matçda 2 qol var. O, bu oyunların 28-ni indiki komandasında keçirib.

 

Bununla, Məlikov Azərbaycan çempionatları tarixinə 250 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

 

Bu siyahıya daxil olan son iki oyunçu – Arif Daşdəmirovla Elvin Məmmədov yubileyini 2016-cı ildə qeyd edib. Siyahıya isə hesabında 421 oyun olan Mahmud Qurbanov başçılıq edir.

 

Qeyd edək ki, “Rəvan” – AZAL qarşılaşmasının start fitindən əvvəl “təyyarəçilər”in vitse-prezidenti Fikrət Hüseynov yubilyarı təbrik edib. Məlikova üzərində “Rail Məlikov-250” yazılmış forma hədiyyə edilib.

0