[b]Rakitiç Türkiyəyə qarşı oynamayacaq[/b]
04.09.2017 - 13:53
[b]Rakitiç Türkiyəyə qarşı oynamayacaq[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşacaq Xorvatiya yığması oyuna itki ilə çıxacaq. Apasport.az saytı xəbər verir ki, İvan Rakitiç sabah baş tutacaq görüşdə komandasına kömək edə bilməyəcək.

 

Buna səbəb “Barselona”nın üzvünün zədələnməsidi. Tibbi müayinədən keçdikdən sonra Rakitiçin “ay-ulduzlular”a qarşı oynamayacağı müəyyənləşib. Buna görə də, təcrübəli futbolçu Türkiyəyə aparılan heyətə daxil edilməyib.

 

Məlumat Xorvatiya Futbol İttifaqı tərəfindən rəsmən təsdiqlənib.

 

Qeyd edək ki, 2007-ci ildən milliyə çağırılan İvan Rakitiç 84 oyunda 13 qola imza atıb. 

0