“Real”ın kapitanı Serxio Ramos daha bir rekordu yeniləmək ərəfəsindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mərkəz müdafiəçisi karyerasında 70-ci qola imza atıb.
İspaniya La Liqasının XXIX turunda “Las Palmas”la (2:1) qarşılaşmada hesabı açan Ramos başla vurduğu qolların sayını 27-yə çatdırıb. Bununla o, başla ən çox qol vurmuş mərkəz müdafiəçisi ünvanına şərik çıxıb. Belə ki, Ramosa qədər “böyük beşlik” ölkələrində rekord “Çelsi”nin kapitanı Con Terriyə məxsus idi. İspaniya millisinin üzvü başla daha bir qol vursa, rekordun tək sahibi olacaq.
Qeyd edək ki, Serxio Ramos karyerası ərzində 647 oyun keçirib.