[b]Ramosun vəziyyətinə aydınlıq gəldi[/b]
30.03.2016 - 14:53
[b]Ramosun vəziyyətinə aydınlıq gəldi[/b]

Madrid “Real”ının müdafiəçisi Serxio Ramosun bu həftə “Barselona” ilə keçiriləcək çempionat görüşündə oynayıb-oynamayacağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu “El-Klasiko”da iştirak edə biləcək.

 

İspaniya yığmasının heyətində belindən zədələnən Ramosun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bilinirdi. Lakin Madrid klubunun düşərgəsinə qayıdan təcrübəli futbolçu dünən komanda yoldaşları ilə birgə məşqdə iştirak edib.

 

Özünü yaxşı hiss edən Ramosun “Barselona” ilə matçda komandasına kömək edəcəyi bildirilir.

 

Qeyd edək ki, aprelin 2-də keçiriləcək “El-Klasiko” saat 22:30-da start götürəcək.