“Danışıqlar davam edir. Hələ ki, gələcək karyeramla bağlı qərarımı verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Rasim Ramaldanov deyib.
“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra azad agent statusu daşıyan 29 yaşlı futbolçu hazırda klub axtarışındadı. Adı bir müddət öncə “Zirə” ilə birgə hallanan Rasimin “ağ-yaşıllar”a qayıdacağı da mümkün variantlardan biridi.
Bununla bağlı danışan Ramaldanov “Zirə”yə keçidinin mümkün olmadığını bildirib: “Bu işə menecerim baxır. Hansı klublardan təklif gəldiyini açıqlamaq istəmirəm. Amma bu dəqiqdi ki, “Zirə” ilə danışıq aparmıram. O komandaya keçidim mümkün deyil”.
Müdafiəçi söhbət əsnasında Türkiyədən təklif aldığını açıqlayıb: “Mənimlə maraqlananların sırasında Türkiyə klubu da var. Həmin komanda Superliqa yox, PTT I Liqa təmsilçisidi. Təklifləri dəyərləndirdikdən sonra qərarımı verəcəm. Türkiyəyə gedə də bilərəm. Amma hər şeyə 2-3 gündən sonra aydınlıq gələcək”.
Qeyd edək ki, uzun illər “Simurq”un formasını geyinmiş Ramaldanov “Xəzər Lənkəran”a 2013-cü ildə transfer olunmuşdu.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya