Bu gün milli komandamızın hücumçusu Rauf Əliyev AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyunöncəsi mətbuat konfransında iştirak edib. Apasport.az saytının məlumatına görə, yığmamızın futbolçusu mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
- On gündü ki, toplanışdayıq. Çox ciddi şəkildə hazırlaşmışıq. Uşaqlarda yaxşı əhval-ruhiyyə var. Hamımız qələbə qazanmaq istəyirik. Son oyunlardakı uğursuzluğu unutdurmaq niyyətindəyik. Çalışacağıq ki, azarkeşləri sevindirək.
- Milliyə yeni məşqçi gəlib, komandada dəyişiklik hiss edirsiz?
- Əlbəttə, yeni məşqçi gələndə, bu, hiss olunur.
Mətbuatda belə fikir var ki, yerli məşqçidi milinin başında özünü sübut etməlidi. Bununla razısız?
– Biz özümüz də sübut etmək istəyirik ki, gücümüz var və futbolçularda günah yoxdu.
Ötən seçmə mərhələdə Rüfət Dadaşovla tandeminiz pis alınmırdı. İndi kimilə oynamaq sizə rahat olar?
– Mənim üçün fərq etməz. Kim olacaqsa, onunla da oynmaağa hazıram.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı