[b]Rauf Əliyev debüt etdi, komandası Superkubokda uduzdu[/b]
07.09.2017 - 08:44
Albaniya Superkubokunun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada ötən mövsümün ölkə çempionu “Kukesi” ilə Albaniya kubokunun qalibi “Tirana” qarşılaşıb.
Azərbaycan millisinin futbolçusu Rauf Əliyev də bu görüşün iştirakçısı olub. Hücumçumuz bu yay keçdiyi “Kukesi”nin heyətində rəsmi debütünü gerçəkləşdirib. O, start heyətində başladığı matçın fasiləsində əvəzlənib.
Görüşün taleyini isə 1 qol həll edib. “Tirana” 1:0 hesabı ilə qalib gəlib və Superkuboka yiyələnib. Rauf isə “Kukesi” ilə ilk titulu qazanmaq şansını qaçırıb.
0
0