“Təbii, birinci səbətdə yer alan komandalar çox güclüdürlər”. Bunu apasport.az saytına Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev deyib.
Sabah Fransanın Nitsa şəhərində futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Püşklə bağlı fikirlərini açıqlayan Əliyev yığmamız üçün ideal qrup qurmağa çalışıb.
“Birinci səbətdən Bosniya və Herseqovinanı, ikincidə isə Macarıstanı seçərdim. Üçüncü səbətdə yer alan komandalar arasında bəziləri ilə oynamaq olar. Türkiyə ilə düşsək, oyunlarımız maraqlı keçəcək. Polşa və Avstriya da münasib rəqiblərdir. Düzdür, onların hamısı bizdən güclüdürlər. Mən digərləri ilə müqayisədə seçim edirəm. Digər səbətdən Estoniya və ya Latviyanı istəyərdim. Bolqarıstanla da qarşılaşmaq olar. Sonuncu qrupda yer alan komandalar arasında seçim etmək istəməzdim. Çünki onların hər biri ilə qarşılaşıb, udmaq olar” – deyə, hücumçu bildirib.
Əliyev hesab edir ki, seçmə mərhələ oyunları ağır keçəcək. O, final mərhələsinə yüksələcək komandaların sayının artdığını nəzərə almaqla, azarkeşlərin yığmadan çox şey gözləyəcəyini düşünür: “Final mərhələsində 24 komanda mübarizə aparacaq. Bu isə məsuliyyətimizi artırıb. İndi iddiamız var. Gərgin oyunlar olacaq. Final mərhələsinə yüksəlmək üçün oynayacağıq. Təbii ki, qrup mərhələsində kimlərlə düşməyimizdən də çox şey asılıdır. Ancaq əvvəlki illərlə müqayisədə şansımız var. Hamı qələbə gözləyəcək. Biz də bunun üçün çalışacağıq”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”