[b]Raul və Xabi Alonso “Real”a məşqçi təyin olunacaqlar[/b]
31.05.2018 - 11:16
İspaniyanın Las Rozas futbol akademiyasında keçirilən məşqçilik kursu cümə günü başa çatacaq. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, kursun bitməsinin ardından Xabi Alonso və Raul yaxın günlərdə “Real”ın gənclərdən ibarət müxtəlif komandalarına baş məşqçi təyin olunacaqlar.
Raul və Xabi Alonso ilə yanaşı, Viktor Valdes, Xavi və Joan Kapdevilya həmin məşqçilik kursunda iştirak edirlər.
Qeyd edək ki, bir zamanlar “Real”da futbol oynayan Santiaqo Solari və Quti də məşqçilikdə ilk addımlarını məhz Madrid klubunun gənclərdən ibarət komandalarında atıblar.
0
0