[b]Hələ belə şey olmamışdı...[/b]
13.07.2017 - 00:00
[b]Hələ belə şey olmamışdı...[/b]

Azərbaycan klublarının avrokuboklardakı qələbə seriyası 6-ya çatıb. Apasport.az saytının məlumatına görə, bunadək ardıcıl 5 dəfə qalib gələn təmsilçilərimiz uğurlarını “Dalğa Arena”da davam etdirib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Lüksemburq “Fola”sını qəbul edən “İnter” qonaqların müqavimətini matçın sonlarında qırıb – 1:0.

 

Bu, klublarımız üçün mövsümün 6-cı qələbəsi olub. Belə ki, cari mövsümün startından keçirilən bütün qarşılaşmalarda Azərbaycan klubları qələbə qazanıb.

 

Bunadək “İnter” “Mladost”u (3:0, 2:0) və “Zirə” “Differdanj”ı (2:0, 2:1) hərəyə 2, “Qarabağ” “Samtredia”nı (5:0) 1 dəfə yenib.

 

1994-cü ildən qatıldığımız avrokuboklar tarixində bunadək belə seriya qeydə alınmayıb. Təmsilçilərimiz tarixində ilk dəfə bu qədər qələbəni sıralayıb.