[b]Renat Dadaşov Araz Abdullayevin komandasında?[/b]
10.05.2018 - 14:26
[b]Renat Dadaşov Araz Abdullayevin komandasında?[/b]

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Kiprdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 19 yaşlı hücumçu “Anortosis” klubunun maraq dairəsinə düşüb.

 

Frankfurt “Ayntraxt”ının əsas komandasından qovulan milliləşən almaniyalı legioner transferə çıxarılıb. Yığmamızın digər üzvü Araz Abdullayevin şərəfini qoruduğu Kipr təmsilçisi özünə yeni komanda axtaran gənc hücumçunu icarəyə götürmək niyyətindədi.

 

“Anortosis” Dadaşova 1 illik müqavilə təklif edir. Əgər Renat bu təklifi müsbət dəyərləndirsə, ilk dəfə Almaniyadan kənarda çıxış etmək imkanı qazanacaq.

 

Qeyd edək ki, əvvəllər Almaniyanın U-16 və U-17 yığmalarında oynayan hücumçu 2017-ci ildən Azərbaycan millisinə cəlb olunur. O, ölkəmizin əsas komandasında 1 oyun keçirib.