[b]Renat Dadaşova 20 dəqiqə yetmədi[/b]
30.07.2017 - 21:57
[b]Renat Dadaşova 20 dəqiqə yetmədi[/b]

Növbəti mövsümə hazırlıqları davam etdirən klublar sınaq oyunlarında güclərini yoxlayırlar. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi “Ayntraxt” da sınaq matçına çıxıb.

 

Milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt klubu “Benevento” ilə üz-üzə gəlib. İtaliyanlarla görüş milli üzvünün komandası üçün bərabərliklə başa çatıb – 1:1.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 71-ci dəqiqədə oyuna daxil olsa da, fərqlənə bilməyib.