[b]Ansi Aqollinin komandası millimizin rəqibinə uduzdu[/b]
19.11.2014 - 01:49
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi İtaliya yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin komandası Albaniyanı sınağa çəkib.
Genuyanın “Luidci Ferraris” stadionunda baş tutan matçda qarşılaşmanın taleyini 1 qol həll edib. Matçın 82-ci dəqiqəsində Okakoa Çukanın baş zərbəsindən sonra Salihiyə dəyən top qapıya daxil olub və rəqibimiz qələbə qazanıb - 1:0.
Qeyd edək ki, Aqolli bu matçda meydana start heyətdə çıxıb. O, görüşün sonuna qədər forma geyinib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0