AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan İtaliya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Antonio Konte onun rəhbərliyi altında ilk dəfə “Skuadra Adzurra”ya “Liverpul”un hücumçus Mario Balotellini çağırıb.
Qeyd edək ki, rəqibimiz noyabrın 16-da Milan şəhərində Xorvatiyanı qəbul edəcək. 2 gündən sonra İtaliya Albaniya millisi ilə yoldaşlıq oyunu keçiriəcək. Bu görüş üçün isə Konte heyətə əlavə oyunçu da dəvət etməsi gözlənilir.
Qapıçılar: Canluici Buffon (“Yuventus”), Mattia Perin (“Cenoa), Salvatore Siriqu (PSJ, Fransa)
Müdafiəçilər: Corco Kellini, Ancelo Oqbana (hər ikisi - “Yuventus”), Andrea Ranokkya (“İnter”), Daniele Ruqani (“Empoli”)
Yarımmüdafiəçilər: Bertolaççi (“Cenoa”), Ciacomo Bonaventura, (“Milan”), Marko Parolo, Antonio Kandreva, (hər ikisi - “Latsio”), Alessio Çerçi (“Atletiko”, İspaniya), Matteo Darmian (“Torino”), De Rossi (“Roma”), Mattia de Şilyo, Stefan Əl-Şəravi (hər ikisi - “Milan”), Klaudio Markizio (“Yuventus”), Manuel Paskual (“Fiorentina”), Roberto Soriano (“Sampdoriya”), Marko Verratti (PSJ, Fransa)
Hücumçular: Mario balotelli, (“Liverpul”, İngiltərə), Sebastian Covinko (“Yuventus”), Çiro İmmobile (“Borussya” D, Almaniya), Qraziano Pelle (“Sautqempton”, İngiltərə), Simone Zaza (“Sassuolo”)