19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun III qrupunda daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı qrupda Finlandiya ilə Belçika üz-üzə gəlib.
Lahti şəhərində baş tutan ilk tur matçında meydan sahibləri qələbə qazanıblar. Belə ki, Yutta Rantalanın 10 dəqiqə (70, 79-cu dəqiqələr) ərzində dublu sayəsində Finlandiya aktivinə 3 xal yazdırıb.
Digər görüşdə isə yığmamız Fransaya 0:6 hesabı ilə məğlub olmuşdu.
Qeyd edək ki, qrupun növbəti qarşılaşmaları aprelin 7-də keçiriləcək. Millimiz Belçika ilə, Fransa isə Finlandiya ilə üz-üzə gələcək.
1. |
Fransa |
1 |
1 |
0 |
0 |
6:0 |
3 |
2. |
Finlandiya |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
3. |
Belçika |
1 |
0 |
0 |
1 |
0:2 |
0 |
4. |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
0:6 |
0 |