[b]"UEFA-nın tələblərini yerinə yetirməyə qadirik" - Rəşad Qasımov [/b]
11.03.2016 - 12:07
[b]"UEFA-nın tələblərini yerinə yetirməyə qadirik" - Rəşad Qasımov [/b]

“Borclu olduğumuz futbolçulardan 1-2-sini çıxmaq şərtilə qalanları ilə problemi yoluna qoymuşuq. Bununla bağlı sənədləri də UEFA-ya göndərmişik”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

UEFA borclu olduğu futbolçularla problemi yoluna qoyması üçün “bankirlər”ə yanvarın 31-dək vaxt vermişdi. Daha sonra isə bu müddəti bir qədər də artırmışdı. Paytaxt təmsilçisi də bundan yararlanaraq, FİFA-ya şikayət edən oyunçulara borcların ödənilməsi məsələsində ortaq məxrəcə gəlməyə çalışır.

 

Qasımov onlara avrokuboklardan uzaqlaşdırılma cəzasının verilməyəcəyinə inandığını söyləyib: “İnter” klubu artıq UEFA-nın tələblərini yerinə yetirməyə qadirdi. Sponsordan vəsaitlərin alınması məsələsi demək olar həll edilib. UEFA nümayəndəsinin burda olması yəqin ki, bizə kömək olacaq. AFFA-nın baş katibi Elxan Məmmədov onlarla bu məsələni müzakirə edəcək. UEFA gələn həftə bununla bağlı yekun qərarını açıqlayacaq. İnanıram ki, bu canfəşanlığımız öz bəhrəsini verəcək”.