[b]Rəşad Sadıqov: Futbolçuları şişirtmək lazım deyil[/b]
06.11.2014 - 23:47
“Futbolçuları çox tәriflәdilәr”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
Təcrübəli futbolçu Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda “Dnepr”ə 1:2 hesabı ilə uduzduqları qarşılaşma haqda fikirlərini açıqlayıb: “Ona görә dә psixoloji baxımdan köklәnmәk çәtin olur. Bunu şişirtmək lazım deyil. “Dnepr”dәn dә yazırdılar ki, güya onlar çempionat matçlarına oynayırlar və Avroliqaya fikir vermirlәr. Amma gördüz ki, var güclәri ilә mübarizə apardılıar. Hələ ki, şanslarımız qalir. Çox tәlәsmәk lazlm deyil”.
0
0