"Çox çətin oyun oldu. "Simurq" bizimlə başabaş mübarizə apardı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
Ağdam təmsilçisi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında bu gün "Simurq" üzərində minimalhesablı (1:0) qələbə qazanıb. Sadıqov Zaqatalada onları ağır oyunun gözlədiyini vurğulayıb: "Yolu hələ yarılamamışıq. Böyükhesablı qələbə qazanmamışıq ki, indidən final barədə düşünək. Hətta 3:0 hesabı ilə qalib gəlsəydik belə, cavab görüşünə eyni ciddiyyətlə hazırlaşacaqdıq. Əsas mübarizə Zaqatalada olacaq. Bizi orda çox ağır oyun gözləyir".
Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 21-də keçiriləcək.