[b]Rəşad Sadıqov mübahisəli qol haqda nə dedi? [/b]
20.11.2014 - 16:59
[b]Rəşad Sadıqov mübahisəli qol haqda nə dedi? [/b]

 

“Üçüncü qol haqqında heç nә deyә bilmәrәm”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

 

32 yaşlı müdafiəçi kapitanı olduğu komandanın Topaz Premyer Liqasının XII turunun “Bakı” ilə səfər matçı haqda fikirlərini açıqlayıb.

 

O, hesab 2:2 olarkən “Qarabağ”ın vurduğu mübahisəli qoldan da danışıb: “Epizodun təkrarına baxanda biləcәyik ki, orda qayda pozuntusu var idi, ya yox. Birinci hissәdә hakim Nurlan Novruzova qırmızı vərəqə verməli idi. İndi bütün epizodlara baxmaq lazımdı. Bu qrafik bizim ucun çox ağırdı. Nә istirahәt edә bilirik, nә dә düz әmәlli mәşq”.

 

Qeyd edək ki, “Qarabağ” “Bakı”nı 4:2 hesabı ilə məğlub edib.