“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının XXIX turu çərçivəsində AZAL-la oyununda xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi qasıq nahiyəsində ağrılar hiss etdiyindən əvəzlənib.
46-cı dəqiqədə yerini İlqar Qurbanova verməli olan Sadıqov saytımıza açıqlamasında bildirib ki, bu səbəbdən yenidən yoxlamadan keçəcək. Onun sözlərinə görə, yoxlanış nəticəsində bu ağrıların nə səbəbdən olmasına aydınlıq da gələcək.
Müdafiəçinin növbəti turlarda komandasına kömək edə bilməyəcəyi də istisna edilmir.
Qeyd edək ki, hazırda davam edən “Qarabağ” – AZAL görüşündə ev sahibləri 2:1 hesabı ilə öndədi.