[b]Rəşad Sadıqova 29 namizəd[/b]
04.04.2018 - 11:09
[b]Rəşad Sadıqova 29 namizəd[/b]

Azərbaycanda yeni yaradılan milli komanda üçün əsas namizədlər məlum olub. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-20-də oynamağa cari mövsümdə Premyer Liqada forma geyinmiş 29 futbolçu iddia edir.

 

Yeni formalaşdırılan komanda ilk matçlarını mayda keçirəcək. Komandamız ayın 16-da Yunanıstan, 24-də və 27-də Makedoniya ilə üz-üzə gələcək. Gənc çalışdırıcı qısa müddətdə 20 yaşadək futbolçulardan ibarət heyəti qurmalıdı.

 

Təbii ki, Rəşad gənclərin çoxluq təşkil etdiyi əvəzedicilərin çempionatı və I diviziona da nəzər yetirəcək. Lakin əsas diqqət Premyer Liqayadı.

 

UEFA-nın Əsasnaməsinə baxsaq, hazırda U-21 yığmasında 1996-cı il yanvarın 1-də və daha sonra anadan olanlar çıxış edə bilər. Bu məntiqlə U-20-də 1997-ci il təvəllüdlülər və daha kiçiklər oynamalıdı.

 

Premyer Liqanın arxada qalan 21 turunda 29 belə oyunçu meydana çıxıb. Onlardan ikisi Roman Hüseynovla Yusif Nəbiyev hərəsi 2 komandada oynayıb. Bir komandada əvəzedicilərin bombardiri olan Ülvi İsgəndərov da qışda klubunu dəyişib.

 

U-20-yə namizəd olan 29 oyunçu arasında milliləşən legionerlər də var. Təbii ki, Rəşad qarşıdakı oyunlara ölkə xaricində çıxış edən belə futbolçuları da cəlb edəcək.

 

Bu 29 oyunçunun göstəricilərinə baxsaq, Xəyal Nəcəfov Premyer Liqada hamıdan çox oyun keçirib. Mahir Mədətov, Anton Krivotsyuk və İlkin Sadıqov da çox matça çıxanlardandı.

 

Gənclərin hesabında 14 qol var. Bunun yarıdan çoxunu – 8-ni Mahir Mədətov vurub. Meydana çıxan yeganə bu yaşa uyğun qapıçı Abdulla Seyidəhmədov 1 matçda 2 top buraxıb.

 

U-20-yə yaşı çatanlar Premyer Liqanın 21 turunda

 

klub

Futbolçu

O

DƏQ

Q

SV

QV

Səbail

Murtuz Abakarov

6

336

1

1

0

Keşlə

Aqşin Quluzadə

4

335

1

0

0

Keşlə

Cabir Əmirli

7

505

0

0

0

Keşlə

Əsəd Məsimov

2

51

0

0

0

Keşlə

Murad Qayalı

4

214

0

0

0

Keşlə

Oleq Hüseynov

1

5

0

0

0

Keşlə

Rafael Məhərrəmli

4

107

0

0

0

Keşlə

Sərtan Taşkın

15

958

2

2

0

Keşlə

Sinan Akkoyun

1

90

0

0

0

Keşlə

Əlibəy Məmmədli

4

190

0

0

0

Kəpəz

Fərid Məmmədov

2

72

0

0

0

Kəpəz

İlkin Sadıqov

17

954

1

3

0

Kəpəz

Yusif Cəfərov

2

35

0

0

0

Neftçi

Anton Krivotsyuk

18

1566

0

5

0

Neftçi

Elnur Cəfərov

9

297

0

0

0

Neftçi

Ömər Buludov

3

168

0

0

0

Qarabağ

Eltun Turabov

1

45

0

0

0

Qarabağ

Mahir Mədətov

18

1429

8

2

0

Qarabağ

Zaur Fərzəliyev

1

11

0

0

0

Qəbələ/Kəpəz

Roman Hüseynov

8

413

0

0

0

Qəbələ

Hacıağa Hacıyev

2

173

0

2

0

Sumqayıt

Bəhlul Mustafazadə

9

460

1

0

0

Sumqayıt

Fərid Kərimzadə

2

21

0

0

0

Sumqayıt

Rüfət Abdullazadə

1

3

0

0

0

Sumqayıt

Səbuhi Abdullazadə

1

7

0

0

0

Sumqayıt

Xəyal Nəcəfov

19

1434

0

5

0

Sumqayıt

Ülvi İsgəndərov

4

98

0

0

0

Zirə

Abdulla Seyidəhmədov

1

90

-2

0

0

Zirə/Qəbələ

Yusif Nəbiyev

9

599

0

2

1