Çempionlar Liqasının IV turunun “Atletiko” ilə qarşılaşması “Qarabağ”ın dörd futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bu oyunçulardan üçü avrokuboklarda, biri Çempionlar Liqasında yubiley matçının astanasındadı.
Qitə miqyaslı klub turnirlərində ən çox oyun keçirən azərbaycanlı futbolçu ünvanının sahibi Rəşad Sadıqov Çempionlar Liqasında 25-ci dəfə meydana çıxacaq. 35 yaşlı müdafiəçi qitənin ən nüfuzlu klub turnirində keçirdiyi 24 görüşlə də Azərbaycan rekordunun müəllifidi. O, 8 dəfə “Neftçi”, 16 dəfə “Qarabağ” forması ilə Çempionlar Liqasının iştirakçısı olub.
Əfran İsmayılov avrokuboklarda 40-cı oyununu keçirmək üçün Madriddə meydana çıxmalıdı. İndiyədək 39 matç keçirən yarımmüdafiəçi yalnız “Qarabağ”la qitə kuboklarına çıxıb. O, Çempionlar Liqasında 11, Avropa Liqasında 28 görüşdə forma geyinib.
Qapıçı İbrahim Şehiç isə 45-in bir addımlığındadı. Ağdam klubu ilə 44 belə sınağa çıxan bosniya və herseqovinalı Çempionlar Liqasında 20, Avropa Liqasında 24 görüşdə oynayıb.
Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev ən çox avrokubok matçı keçirən futbolçularımızdandı. “Atletiko” ilə görüş onun üçün 65-ci ola bilər. Bütün qarşılaşmalara eyni komandada çıxan arxa xətt oyunçusu indiyədək 17 Çempionlar Liqasında, 47 Avropa Liqası matçında iştirak edib.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya