Cihat Arslanla vidalaşan “Akhisar” klubu özünə yeni baş məşqçi tapıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi tanınmış çalışdırıcı Ərtoğrul Sağlamla anlaşıb.
Məşqçilik fəaliyyətinə 2004-cü ildə “Samsunspor”da başlayan Sağlam karyerası ərzində “Kayserispor”, “Beşiktaş”, “Bursaspor” və “Əskişəhərspor” klublarını da çalışdırıb.
Hazırda “Qarabağ”ın və millimizin kapitanı olan Rəşad Sadıqov vaxtilə “Kayserispor”da Sağlamın oyunçusu olub.
Qeyd edək ki, “Akhisar” cari mövsümün ilk iki turunda “Kayserispor”a qalib gəlib (2:0), “Qalatasaray”a isə uduzub (1:3).