[b]Revanş üçün 9-cu şans[/b]
12.05.2018 - 01:36
[b]Revanş üçün 9-cu şans[/b]

Çempionlar Liqasının mayın 26-da keçiriləcək final oyununda üz-üzə gələcək “Real” və “Liverpul” 37 ildən sonra qitənin ən nüfuzlu klub turnirinin həlledici matçında üz-üzə gələcək. Apasport.az xəbər verir ki, UEFA-nın rəsmi saytı bu turnirin finalında 2 dəfə qarşılaşan cütlərin siyahısını tərtib edib.

 

“Real” – “Liverpul” cütü bu cədvəldə 9-cu olacaq. Madrid təmsilçisi 37 il əvvəlki məğlubiyyətin revanşı, İngiltərə klubu isə növbəti uğur üçün mübarizə aparacaq.

 

Bunadək qeydə alınan belə hallardan yalnız üçündə hansısa komanda finaldakı məğlubiyyətin əvəzini elə həlledici matçda çıxıb. “Ayaks” “Milan”ı 26, “Yuventus” “Ayaks”ı 23, “Milan” “Liverpul”u cəmi 2 ildən sonra məğlub edə bilib.

 

Digər 5 cütdə isə eyni komanda iki dəfə rəqibini kuboka həsrət qoyub. Bunlardan üçü “Real”ın hesabındadı. İspaniya klubu “Reyms” 3, “Atletiko”nu 2, “Yuventus”u 19 il sonrakı finalda da məyus edib. Bundan başqa, “Barselona” “Mançester Yunayted”in 2, “Milan” isə “Benfika”nın 27 il sonrakı revanş arzusunu gözündə qoyub.

 

Göründüyü kimi bu 8 cütün heç biri yenidən üz-üzə gəlməyi bu qədər müddət gözləməyib. Ən güc – 37 il sonrakı revanş matçına Ukrayna paytaxtı Kiyev ev sahibliyi edəcək.

 

Çempionlar Liqası (əvvəlki Çempionlar Kuboku): Finalda 2 dəfə qarşılaşanlar

 

“Real” – “Reyms”

4:3, 1955/56

2:0, 1958/59

 

“Milan” – “Benfika”

2:1, 1962/63

1:0, 1989/90

 

“Milan” – “Ayaks”

4:1, 1968/69

0:1, 1994/95

 

“Ayaks” – “Yuventus”

1:0, 1972/73

1:1, p.2:4, 1995/96

 

“Liverpul” – “Milan”

3:3, p.3:2, 2004/05

1:2, 2006/07

 

“Barselona” – “Mançester Yunayted”

2:0, 2008/09

3:1, 2010/11

 

“Real” – “Atletiko”

4:1, əlavə vaxtda, 2013/14

1:1, p. 5:3, 2015/16

 

“Real” – “Yuventus”

1:0, 1997/98

4:1, 2016/17

 

“Real” – “Liverpul”

0:1, 1980/81