Amerikalı üzgüçü Maykl Felps 22-ci Olimpiya çempionluğunu qazanıb. Apasport.az saytının məlumatına görə, 200 m məsafəyə kompleks üsulla üzməkdə Rio-2016-nın qalibi olan əfsanə özünün rekordunu yeniləyib.
Müasir Olimpiadaların mütləq rekordçusu olan Felpsin hesabında artıq 26 medal var. 22 qızıl, 2 gümüş və 2 bürüncü olan amerikalı fərdi yarışlarda 13-cü dəfə çempionluq yaşayıb.
9 dəfə estafetdə qalib olan ABŞ yığmasında yer alan Felps həm də Antik Olimpiya Oyunlarının rekordunu arxada qoyub. Belə ki, qədim yunan atleti Leonid Rodosski eramızdan əvvəl 164-152-ci illərdə ardıcıl 4 Olimpiadada qaçış yarışlarında 12 dəfə çempionluq yaşamışdı. 31 yaşlı Felps 13-cü fərdi zəfəri ilə 2168 ildən sonra rekordu yeniləyib.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ