[b]Rizvanov 90 dəqiqə oynadı, komandası böyük hesabla uduzdu[/b]
07.05.2018 - 14:19
[b]Rizvanov 90 dəqiqə oynadı, komandası böyük hesabla uduzdu[/b]

21 yaşadək futbolçular arasında təşkil edilən Çexiya çempionatında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Arzuman Rizvanovun formasını geyindiyi “Banik” növbəti matçına çıxıb.

 

Ostrava təmsilçisi liderlər qrupunda qərarlaşan Liberets “Slovan”ının qonağı olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Meydana start heyətində daxil olan Rizvanov 90 dəqiqəni əvəz edilmədən keçirib.

 

Qeyd edək ki, çempionluq uğrunda yarışan dəstədə 10 komanda arasında 8-ci pillədə qərarlaşan “Banik”in aktivində cəmi 4 xal var.