[b]Robben Madridə aparılmadı[/b]
30.04.2018 - 14:36
[b]Robben Madridə aparılmadı[/b]

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real”ın qonağı olacaq “Bavariya” səfərə itkilərlə yollanıb. Apasport.az saytının klubun tvitter səhifəsinə istinadən məlumatına görə, münhenlilər 5 oyunçunu Almaniyada saxlayıb.

 

Manuel Noyer, Arturo Vidal, Kinqsli Koman və Jerom Boatenq öncədən bilinirdisə, onların sırasına Aryen Robben də qoşulub. “Real”la ilk görüşdə xəsarət alan hollandiyalını cavab qarşılaşmasına yetişdirmək mümkün olmayıb. Əvəzində zədəsini yenicə sağaldan David Alaba İspaniyaya yollanan “21-liy”ə salınıb. Lakin onun da iştirakı sual altındadı.

 

Qeyd edək ki, sabah keçiriləcək “Real” – “Bavariya” oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Bu komandalar arasında baş tutan ilk matçda ispanlar 2:1 hesablı qələbə qazanıb.