[b]Robert Prosineçki "Neftçi"ni izləyəcək[/b]
21.04.2015 - 15:11
[b]Robert Prosineçki "Neftçi"ni izləyəcək[/b]

Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün keçiriləcək “İnter” - “Neftçi” oyununu millinin baş məşqçisi Robert Prosineçki də izləyəcək. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcı “Şəfa” stadionunda baş tutacaq qarşılaşmanı tribunadan seyr edəcək.

 

Prosineçki matça tək baxmayacaq. Onunla yanaşı köməkçiləri də sözügedən qarşılaşmanı izləyərək, milli üzvləri ilə bağlı qeydlərini götürəcəklər.

 

Kubokun digər yarımfinal qarşılaşması “Simurq” – “Qarabağ” matçını isə millinin məşqçilərindən heç kim izləməyəcək. Məşqçilər korpusu Zaqatalaya getməməyi məqsədəuyğun sayıb.