Argentinalı müdafiəçi Luis İbanyes Zaqreb “Dinamo”sundan ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, futbolçu Serbiya klubu “Srvena Zvezda” ilə anlaşıb.
Bu keçid klubların tarixinə düşəcək. Belə ki, bu iki klub arasında ən son transfer 1987-ci ildə baş tutub. O vaxtdan sonra əvvəlcə əzəli rəqabət, daha sonra isə iki ölkə arasındakı münasibətlər klublar arasındakı əlaqələri tamamilə kəsib.
Maraqlıdı ki, 28 il öncə baş tutmuş son keçid azərbaycanlı futbolsevərlərə çox tanış bir addı. Milli komandamızın baş məşqçisi Robert Prosineçki “Dinamo”nu “Srvena Zvezda”ya dəyişmiş son futbolçu olub.
Qeyd edək ki, İbanyes “Dinamo”ya 2008-ci ildə “Boka Xuniors”dan keçib.