[b]Robin van Persi Hollandiya klubu ilə anlaşdı[/b]
29.07.2017 - 17:04
[b]Robin van Persi Hollandiya klubu ilə anlaşdı[/b]

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Robin van Persi Hollandiya “Feyenord”u ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu Hollandiyaya dönməyə razılıq verib.

 

Lakin onun keçidini həll etmək üçün Rotterdam klubu “Fənərbaxça” ilə danışıqları müsbət sonluqla yekunlaşdırmalıdı. Tərəflər razılığa gəlsə, Robin 13 ildən sonra doğma komandasına qayıdacaq.

 

Qeyd edək ki, 2005-15-ci illərdə Hollandiya yığmasının şərəfini qorumuş van Persi peşəkar karyerasına da “Feyenord”da başlayıb. 2001-04-cü illərdə bu komandada oynayan hücumçu sonradan “Arsenal” (2004-12) və “Mançester Yunayted”də (2012-15) çıxış edib. Hollandiyalı son iki ili İstanbul klubunda keçirib.