[b]Robinyo “Milan”la anlaşdı[/b]
12.05.2015 - 20:29
Braziliyalı futbolçu Robinyo İtaliyanın “Milan” klubu ilə qarşılıqlı razılığa gəlib. Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Santos”un şərəfini qoruya hücumçu italiyalılar ilə anlaşaraq müqaviləsinin bundan sonrakı hissəsini ləğv etdirib.
Qeyd edək ki, onun “Santos”la olan icarə müqaviləsi iyunun 30-a kimi nəzərdə tutulub. İyulun 1-dən etibarən isə “Milan”la olan müqavilə öz qüvvəsini itirir.
Xatırlada ki, Robinyo “rossionerlər”in sırasına 2010-cu ildə qoşulmuşdu.
0
0