MLS-də “Dallas”la keçirilən oyunda “Nyu-York Siti”nin forvardı David Vilya dubl edib. Apasport.az saytının məlumatına görə, ispan futbolçu karyerasının 400 və 401-ci qollarına imza atıb.
Bununla da, Vilya karyerasını davam etdirən futbolçular arasında Kriştiano Ronaldo, Lionel Messi, Luis Suares, Zlatan İbrahimoviç və Samuel Etodan sonra 400 dəfədən çox fərqlənən 6-cı futbolçu olub.
36 yaşlı hücumçu qollarının böyük əksəriyyətini – 129 – “Valensiya” forması ilə vurub. Bu qollardan 48-i Vilya “Barselona” forması geyərkən qeydə alınıb. David İspaniya millisində 59, 4 mövsümdü oynadığı “Nyu-York Siti”də isə 68 dəfə rəqib qapılarına yol tapıb.