“Futbolçular il ərzində həm özləri, həm də komandaları üçün yaxşı nəticə qazanmağa çalışırlar. Artıq 8-ci dəfədi ki, fınalçı oluram. Bu, inanılmazdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo deyib.
Dünən Sürixdə keçirilmiş mərasimdə ötən ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. Kriştianu Ronaldo və Lionel Messi mübarizəsində bu dəfə ikinci qalib gəlib.
Mərasimdən sonra açıqlama verən Ronaldo maraqlı fikirlər səsləndirib: “Mənim üçün çox işləmək və peşəkarlıq önəmlidi. 8-ci dəfə finalçı olmaq təsadüfi deyil. Hamıda istedad car. Ancaq işləməsən, istedad heç bir önəm kəsb etmir. Əgər ardıcıl 8 dəfə finalçı olmuşamsa, deməli, buna layiqəm. Ötən il çox qol vurdum, mövsümü yüksək səviyyədə keçirdim. Amma komanda səviyyəsində mükafatlar qazana bilmədik”.
Ronaldo “Messinin oyunçu kimi hansı keyfiyyətini özünüzdə görmək istərdiniz” sualına belə cavab verib: “Onun sol ayağı çox yaxşıdı. İstərdim ki, elə sol ayağa sahib olum. Ancaq özümünkü də xoşuma gəlir”.